AFFA UEFA Millətlər Liqasının son 2 turunda 1 xal toplayan yığma ilə bağlı qərarını dəyişib.
Sportinfo.az-ın məlumatına görə, Monteneqroya 0:2 hesabıyla uduzub,
Kiprlə qolsuz heç-heçə edən komanda üzvlərinə mükafat paylanıb. Əsas heyətdə meydana çıxanların hər birinə 15000 manat verilib.
Maraqlıdır, komanda qrupdan çıxmaq şansını faktiki olaraq itirib. Dörd tura cəmi 4 xal toplayan millimiz qalan 2 turda qələbə qazanmalı, üstəlik, Lüksemburq və Monteneqronun məğlubiyyətini arzulamalıdır ki, hədəfinə çatsın.
Belə olaa təqdirdə, dövlətin pulunu boş yerə xərcləməyə nə hacət vardı?
Onun da bilinməsi lazımdıır ki, federasiya rəhbərliyi ayrı-seçkiliyə yol verib. Necə ki, Qurban Qurbanovun vaxtında bu cür ediblər.
İnişil UEFA Millətlər Liqasında 9 xal toplayan və qrupdan çıxmaq şansını son turadək qoruyan milli üzvlərinə 1 manat mükafat verilməyib. Futbolçular onda pulunu tələbə eləsə də, AFFA müxtəlif bəhanələrlə onların istəyini geri çevirmişdi.
İndi isə belə… Bu, nə deməkdir? O deməkdir ki, Canni De Byazi idarəçilərə «bir köynək» daha yaxındır

