17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığma “Səbail”in 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşıb.
Görüş 1:1 başa çatıb. U-17-nin heyətində milliləşən legioner - “Antalyaspor“dan dəvət olunan Ege Bilsel fərqlənib.

