"Rusiyada olanda da  Azərbaycan yığması barədə düşünürdüm"

29 Oktyabr 2020 12:58 Milli komanda 674
"Rusiyada olanda da  Azərbaycan yığması barədə düşünürdüm"

"Bir azərbaycanlı futbolçu kimi ən böyük arzularımdan biri əsas millinin formasını geyinmək idi".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıqova məxsusdur.

O, "ilk dəfə yığmaya çağırıldığınızı biləndə hansı hissləri keçirdiz" sualını bu cür cavablandırıb: "Bunu futbola başladığım dövrdən həmişə arzulayırdım.

Təəssüf ki, karyeramın ilk illəri Rusiyada keçidiyi üçün bu istəyim gerçəkləşməmişdi. Amma orada oynadığım zamanlarda belə yığmada çıxış etmək barədə düşünürdüm. İlk dəfə milliyə dəvət aldığımı eşidəndə, fərqli, yaxşı hisslər keçirdim.

Bunu sözlə ifadə etmək mümkün deyil. Azərbaycan yığmasında debütüm Kiprə qarşı oldu. Deməzdim ki, debütüm uğurlu alındı.

Sadəcə, komanda qələbə qazandı. Həmin matçda əla oynadığımı düşünmürəm. Hardasa, orta səviyyədə çıxış etdim. Qalib gəlməyimiz oyunumu bir qədər ön plana çıxardı".

Digər Xəbərlər
Xəbər Lenti