"Kimin məndən nə şikayəti varsa, üzümə desin" - De Byazidən XƏBƏRDARLIQ

28 Oktyabr 2020 10:52 Milli komanda 730
"Kimin məndən nə şikayəti varsa, üzümə desin" - De Byazidən XƏBƏRDARLIQ

Canni De Byazi millinin üzvlərinə xəbərdarlıq edib.

Sportinfo.az-ın məlumatına görə, italyan çalışdırıcı fəaliyyətindən və münasibətindən narazı olan şəxslərin öz fikirlərini məhz ona bildirmələrini istəyib.

Apenninli çalışdırıcı ondan AFFA rəhbərliyinə şikayət olunmasından xəbərdardır və bunu qəbul edə bilmir. 65 yaşlı mütəxəssis iş prosesində fikir ayrılıqlarının olmasını «normal hal» adlandırıb və xatırladıb ki, burada baş məşqçi kimi son söz sahibi özüdür.

De Byazi futbolçu və taktiki seçimlərlə bağlı məsələlərdə ümumiyyətlə, səlahiyyətin onda olduğunu vurğulayıb, «mən hamını dinləyə bilərəm, amma yekun qərarı özüm verirəm və verəcəm» deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti