AFFA UEFA-ya müraciət etdi - Millinin oyunu ilə bağlı

27 Oktyabr 2020 09:14 Milli komanda 649
AFFA UEFA-ya müraciət etdi - Millinin oyunu ilə bağlı

AFFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Monteneqro oyununun neytral meydanda təşkil olunması barədə müvafiq qərarı nəzərə alınaraq, qarşılaşmanın Xorvatiyanın Zaqreb şəhərində keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib.

Sportinfo.az xəbər verir ki, federasiya bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, millimiz noyabrın 10-da Lyublyana şəhərində Sloveniya ilə yoldaşlıq oyunu keçirəcək və Zaqrebin təklif olunmasının səbəbi Lyublyanaya yaxın məsafədə yerləşməsidir.

Digər Xəbərlər
Xəbər Lenti