Azərbaycan millisi ev oyununu Xorvatiyada keçirəcək

26 Oktyabr 2020 21:40 Milli komanda 769
Azərbaycan millisi ev oyununu Xorvatiyada keçirəcək

UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.

Sportinfo.az xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş