"Həmin an heç kim Qaranın yerində olmaq istəməzdi"

24 Oktyabr 2020 23:30 Milli komanda 1 263
"Həmin an heç kim Qaranın yerində olmaq istəməzdi"

"İlk görüşdə uduzsaq da, ikinci matçda qolsuz heç-heçə etdik. Monteneqro ilə qarşılaşma barədə danışaılası çox şey yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın müdafiəçisi Təmkin Xəlilzadəyə məxsusdur.

O, UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə matçlar haqda fikirlərini söyləyib: "Qrupun ən vacib görüşlərindən biri idi. Məğlubiyyət bizim üçün qırılma nöqtəsi oldu.

Düzdür, Kipri məğlub etsəydik, şanslarımız qalacaqdı. Fikrimcə, pis oynamadıq. Millidə yeni adlar var, son vaxtlar xeyli dəyişiklik olub.

Vaxt keçdikcə hər şey daha yaxşı olacaq. Biz Kiprlə oyunda 2 matçın qol imkanlarını yaxaladıq. Təəssüflər olsun ki, dəyərləndirə bilmədik".

Təmkin Kiprlə görüşdə penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün tənqid olunan Qara Qarayevi müdafiə edib: "Dünya ulduzları belə, penaltini boşa verirlər.

Orada bir qədər anlaşmazlıq oldu. Zərbəni yerinə yetirmək üçün topu Ramil Şeydayev götürmüşdü. Deyəsən, sonradan baş məşqçinin qərarı ilə topun başına Qara keçdi.

Bilmək olmaz, Ramil vursaydı, bəlkə top heç qapıya da getməyəcəkdi. Həmin an heç kim Qaranın yerində olmaq istəməzdi. Onu da başa düşmək lazımdır. Topun tora getməsini hamımızdan çox o istəyirdi".

Digər Xəbərlər
Xəbər Lenti