Yığmamızın baş məşqçisi bu futbolçunun milliləşdirilməsini istəmədi

24 Oktyabr 2020 22:40 Milli komanda 758
Yığmamızın baş məşqçisi bu futbolçunun milliləşdirilməsini istəmədi

Yığmanın baş məşqçisi Sezar Meza Kollinin tez-tələsik milliləşdirilməsinə razılıq verməyib.

Sportinfo.az-ın məlumatına görə, italyan çalışdırıcı paraqvaylı yarımmüdafiəçini tanımadığından, onu komandaya cəlb etməyə tələsməyəcəyini bildirib.

65 yaşlı mütəxəssis bugünlərdə «Keşlə»yə qayıdan cənubi amerikalı futbolçunu bir müddət izlədikdən sonra haqqında nə düşündüyünü açıqlayacağını AFFA rəsmilərinin diqqətinə çatdırıb.

O, əcnəbi oyunçuların milliyə dəvət alması mövzusunda ehtiyatlı davranmağın zəruri olduğunu qeyd edib. Hər halda De Byazinin fikrincə, bu, risk ehtimalı yüksək olan məsələdir, çünki legionerlərin gəlişi komandanın düşərgəsində birmənalı qarşılanmır.

Digər Xəbərlər
Xəbər Lenti