Ukrayna AFFA-ya təmənnasız köməklik təklif etdi

24 Oktyabr 2020 14:22 Milli komanda 781
Ukrayna AFFA-ya təmənnasız köməklik təklif etdi

"Komandalarımızın beynəlxalq turnirlər çərçivəsində ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı AFFA-ya və UEFA-ya məlumat verən futbol federasiyaları var”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, beynəlxalq səviyyəli ev oyunlarını ölkə xaricində keçirməli komandalarımızın görüşləri Ukraynada təşkil oluna bilər:

“Ukrayna Futbol Federasiyasının rəhbərliyi AFFA ilə əlaqə saxlayaraq bildirib ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkil olunmasına hərtərəfli dəstək göstərməyə hazırdırlar.

AFFA olaraq bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti