"Bu qədər çatışmazlığa rəğmən, komanda xarakter nümayiş etdirdi”

24 Oktyabr 2020 12:30 Milli komanda 502
"Bu qədər çatışmazlığa rəğmən, komanda xarakter nümayiş etdirdi”

“İlk olaraq rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzulayıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Polşaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.

33 yaşlı mütəxəssis pandemiya səbəbindən uzun müddət məşq edə bilmədiklərini bildirib:

"Bir çox ölkələrdə çempionat dayandırıldıığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması matça öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

Digər Xəbərlər
Xəbər Lenti