Azərbaycan yığmasının SİRRİ - Millətlər Liqası ilə bağlı

23 Oktyabr 2020 16:14 Milli komanda 535
Azərbaycan yığmasının SİRRİ - Millətlər Liqası ilə bağlı

«Millətlər Liqası komandanı formalaşdırmaq baxımından əhəmiyyət daşıyır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin məşqçisi Arif Əsədov deyib.

Onun bildirdiyinə görə, sözügedən yarış avqustuda işə başlayan Canni De Byazinin futbolçuları tanıması mənasında mühüm rol oynayır:

«O, heç 3 ay deyil ki, millidə fəaliyyət göstərir. Görürsüz ki, hər dəfə heyətə yeni-yeni futbolçular cəlb olunur. Baş məşqçimiz daim axtarışdadır.

Millətlər Liqasında dörd oyun keçirmişik və eyni sayda xal toplamışıq. De Byazinin köməkçisi kimi deyə bilərəm ki, o, bütün oyunlarda futbolçulardan maksimum nəticə tələb edir.

Bu, alınır, ya alınmır - başqa söhbətin mövzusudur. Ancaq De Byazi çalışır ki, qələbə istəyini, qələbə ruhunu komandaya aşılasın. Get-gedə daha yaxşı olacaq.

Mən onun uğur qahanmaq üçün əlindən gələni etməsinin şahidiyəm, görürəm ki, hər futbolçuya necə diqqətlə yanaşır. Odur ki, yeniliklər də gözləniləndir.

Millətlər Liqası bitəndən sonra dünya çempionatının seçmə mərhələsi başlayacaq. Ona yaxşı hazırlaşmalıyıq. Millətlər Liqası da vacibdir, mən bunu təsdiq edirəm.

Düzdür, qrupdan çıxmaq şanısımız azalıb, ancaq son ana kimi mübarizə aparacağıq, yüksək yer tutmağa çalışacağıq. Kiprlə son oyunda nə qədər qol epizodu yaxaladıq, gördüz.

Qələbə qqazansaydıq, indi daha rahat danışardıq. Yenə də heç nə itirilməyib, inanıram ki, komandamız son iki turda özünü göstərəcək».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı