Get, bir də Azərbaycana qayıtma!

23 Oktyabr 2020 09:28 Milli komanda 1 851
Get, bir də Azərbaycana qayıtma!

21 yaşadək futbolçulardan ibarət milimiz Avropa çempionatının seçmə mərhələsinin son turunda İsveçrənin qonağı olacaq.

İkinci qrupda mübarizə aparan yığmamızın son matçı Tyun şəhərindəki “Tyun Arena”da baş tutacaq.

Öncədən martın 26-da keçirilməli olan, lakin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan görüş noyabrın 12-də baş tutacaq. 10 min tamaşaçı tutumuna malik stadiondakı qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu, Milan Obradoviçin indiyə qədər keçirdiyi 9 matçda 6 xal toplayan millimizdə sonuncu “imtahan“ı olacaq. Amma nəticəsi heç nəyi dəyişməyəcək.

Serbiyalı baş məşqçinin AFFA ilə görüşmələri növbəti dəfə uğursuz alınıb. Federasiya onun 2 illik müqaviləsini yeniləmək barədə düşünmədiyini nümayiş etdirib.

Bir müddət əvvəl AFFA-nın maliyyə şərtlərində güzəştə getmək barədə çağırışını qulaqardına vuran balkanlı çalışdırıcıya İsveçrədən birbaşa ölkəsinə yollanması məsləhət görülüb.

Azərbaycanda işlədiyi 2 il müddətində 700 min dollar qazanan Obradoviçi yerli həmkarının əvəzləməsi planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti