Millimizin DÇ-2022-də rəqibləri nə vaxt bəlli olacaq7

23 Oktyabr 2020 00:42 Milli komanda 632
Millimizin DÇ-2022-də rəqibləri nə vaxt bəlli olacaq7

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma tarixi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, tədbir dekabrın 7-də baş tutacaq. Sürixdə keçiriləcək mərasimə Avropa vaxtı ilə saat 18:00-da start veriləcək.

Bu bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Koronavirus pandemiyası və tədbirlərlə bağlı məhdudiyyətlər üzündən püşkatma onlayn rejimdə təşkil olunacaq. Assosiasiya nümayəndələri püşk mərasiminə qatılmayacaq.

Azərbaycan millisi də daxil olmaqla, Avropanın 55 yığması püşkatmada 10 qrupa bölünəcək. Bunların beşində 6, beşində 5 komanda olacaq. İki dövrədən ibarət dairəvi sistemlə keçiriləcək oyunlardan sonra 10 qrup qalibi DÇ-2022-yə yüksələcək.

İkinci yer sahibləri pley-offda iştirak edəcək. Bu 10 komandaya UEFA Millətlər Liqasından gələcək iki komanda da qoşulacaq. 12 yığma son üç vəsiqənin sahibini müəyyənləşdirəcək.

Seçmə mərhələnin oyunları 2021-ci ildə keçiriləcək. Dünya çempionatının final mərhələsi isə 2022-ci ilin 21 noyabr-18 dekabr aralığında təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti