FİFA AFFA-dan sənəd istədi: "Sübut edin ki, o…"

22 Oktyabr 2020 21:10 Milli komanda 1 174
FİFA AFFA-dan sənəd istədi: "Sübut edin ki, o…"

AFFA ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Əmir Ağayevi milliləşdirmək istəyindən əl çəkməyib.

Sportinfo.xz-ın məlumatına görə, federasiya bununla bağlı növbəti dəfə FİFA-ya müraciət edib.

Avqustda Yunanıstan Super Liqasında mübarizə aparan "Atromitos"la 2 illik müqavilə bağlayan yarımmüdafiəçi Azərbaycan yığmasının formasını geyinməsinə razılıq verib.

AFFA bunu əldə rəhbər tutaraq, ali qurumdan prosesi sürətləndirməsini xahiş edib.

Fəqət, FİFA-nın müvafiq komissiyası sənədləşmə məsələlərinin hələ bir müddət vaxt aparacağını diqqətə çatdırıb və AFFA-dan Əmirin əslən azərbaycanlı olmasını sübuta yetirən əlavə sənədlər istəyib.

FİFA vaxtilə İsrailin aşağı yaş qrupları üzrə yığmalarıının, o cümlədən, U-21-in şərəfini qorumuş Ağayevin valideynləri ilə bağlı Bakıdan göndərilən məlumatlarıın yetərli olmadığını da açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti