"Onun üçün futbolçunun yaşı əhəmiyyət daşımır" – ANONS VERİLDİ

22 Oktyabr 2020 14:08 Milli komanda 599
"Onun üçün futbolçunun yaşı əhəmiyyət daşımır" – ANONS VERİLDİ

«Milliyə yeni futbolçuların cəlb olunması gözləniləndir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının məşqçisi Arif Əsədov deyib.

Canni De Byazinin yardımçısı bildirib ki, italiyalı çalışdırıcı daim axtarışdadır: «Özünüz də gördüz ki, Kiprlə son oyunda 4 yeni futbolçu millidə debüt etdi.

Bu, növbəti oyunlarda da təkrarlana bilər. Biz baş məşqçi ilə demək olar hər dəfə bu mövzuda danışırıq. De Byazinin iş prinsiplərini və futbolçulara yanaşma tərzini artıq bilirəm.

Onun üçün futbolçunun yaşı əhəmiyyət daşımır. Milliyə 18-19 yaşlı futbolçuların cəlb olunması da mümkündür, 30 yaşlı futbolçunun da. Kimdə potensial, hansısa bacarıq gördüsə, dəvət göndərəcək.

Baş məşqçi futbolçuları yaxından tanımağa çalışır. Ona görə də çempionat oyunlarını izləməklə kifayətlənmir, klubların məşqlərini də izləyir. Ümumiyyətlə, millinin qapıları bura layiq olanların üzünə açıqdır.

İndi mən ad çəkə bilmərəm ki, De Byazi qarşıdakı toplanışa kimləri çağıracaq. Amma yenə deyirəm ki, o, bütün futbolçuları diqqət mərkəzində saxlayır».

Digər Xəbərlər
Xəbər Lenti