De Byazidən hesabat istənildi, elə cavab verdi ki…

22 Oktyabr 2020 10:52 Milli komanda 926
De Byazidən hesabat istənildi, elə cavab verdi ki…

AFFA yığmanın baş məşqçisi Canni De Byazidən hesabat verməsini istəyib.

Səbəb UEFA Millətlər Liqasının ilk 4 turunda qeydə alınan uğursuz nəticələrdir.

Yeganə qələbəsini və heç-heçəsini Kiprlə oyunlarda əldə edən, Lüksemburqla Monteneqroya uduzan komandanın çıxışı federasiyada narahatlığı artırıb.

Qrupdan çıxmaq şanısını praktiki olaraq itirən millinin yalnız zəif təsir bağışlaması deyil, eyni zamanda, baş məşqçinin taktiki seçimləri AFFA-nı pərişan edib.

Qurum bununla bağlı italiyalı çalışdırıcıya öz narazılığını bildirib. 65 yaşlı mütəxəssis isə işə yeni başladığını, bu kimi halların gözlənilən olduğunu söyləyib,

Millətlər Liqasının ondan ötrü futbolçuları tanımaq mənasında əhəmiyyət daşıdığını deyib. De Byazi dolayısı ilə nəzərə çatdırıb ki, heyət və taktiki seçimləri ilə bağlı iradlar xoşuna gəlmir və kimsənin onun səlahiyyətindəki məsələlərə qarışmasına imkan verməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı