AFFA milli ilə bağlı UEFA-ya yeni təklif verdi

22 Oktyabr 2020 11:34 Milli komanda 645
AFFA milli ilə bağlı UEFA-ya yeni təklif verdi

Bilindiyi kimi, Azərbaycan millisinin və Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın ev oyunlarının neytral ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.

Qərarda göstərilib ki, Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alan UEFA İcraiyyə Komitəsi klub və milli komandalar səviyyəsindəki oyunların növbəti qərar qəbul edilən dövrə qədər Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.

Sentyabr ayının sonlarında başlayan bu vəziyyətin inkişafını diqqətlə izlədikdən sonra bir Avropa Liqası pley-off oyunu və iki UEFA Millətlər Liqası matçının alternativ ölkədə keçirilməsinə qərar verilib. Çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir.

Sportinfo.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu haqda deyib: "Millinin oyunu noyabrda olacaq. Komanda noyabrın 10-da səfərdə Sloveniya ilə yoldaşlıq oyunu keçirməlidir.

Bunu nəzərə alaraq, biz də UEFA-ya fikrimizi bildirdik ki, noyabrın 14-də Millətlər Liqasında Monteneqroya qarşı ev oyunumuzu Sloveniyanın paytaxtı Lyublyanaya yaxın yerdə təşkil etmək niyyətindəyik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"