"İclas olsun, mən iştirak etməyim… Bu, mümkün deyil"

21 Oktyabr 2020 22:50 Milli komanda 470
"İclas olsun, mən iştirak etməyim… Bu, mümkün deyil"

«Mənimlə Canni De Byazi arasında heç bir problem yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin məşqçisi Arif Əsədov deyib.

İtalyan çalışdırıcının köməkçisi onunla münasibətlərinin qaydasında olduğunu, haqqında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: «Komandanın bütün iclaslarında iştirak etmişəm.

Elə olmayıb ki, iclas keçirilsin, biz orada iştirak etməyək. Bu, necə ola bilər axı..? Belə bir şeyi özümə sığışdıra bilmərəm. Mən işimə, şəxsiyyətimə qiymət verən, yerimi bilən, hörmət saxlayan şəxsəm.

İclas olsun, mən bir məşqçi kimi orada iştirak etməyim… Bu, mümkün deyil! Heç nəyə baxmaram, bir gün də qalmaram burada.

Harada işləməyimdən asılı olmyaraq, həmişə özümə diqqət və yaxşı münasibət görmüşəm. İndi millidə də belədir.

Canni De Byazi məşqçi korpusuna qarşı çox diqqətlidir. Onun məşqçi və insan kimi müsbət keyfiyyətləri çoxdur. Mən bunu çox rahatlıqla deyirəm, hər yerdə deyirəm.

Çəkinmədən söyləyirəm ki, o, peşəkar və təcrübəli məşqçidir, olduqca mədəni insandır. De Byazi ilə çalışanların hamısı bu sözümü təsdiqləyə bilər.

Biz yerdə işləyirik və aramızda qarşılıqlı hörmət var. Mən də vaxtilə müxtəlif yaş qrupları üzrə millilərdə, klublarda baş məşqçi olmuşam. Bilirəm ki, baş məşqçi ilə köməkçiləri arasında münasibətlər necə qurulmalıdır.

Elə dəyərlər, elə prinsiplər var ki, onu gözləmək və qorumaq lazımdır. De Byazi demək olar bütün məsələlər barədə bizim fikrimizi soruşur, məsləhətləşir, amma təbii ki, son söz onundur, qərarları özü verir. Avqustdan işə başlamışıq, ötən müddətdə aramızda xırda bir narazılıq da baş verməyib».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”