Yığmamızın baş məşqçisi ermənilərin elə DƏHŞƏTLİ SAXTAKARLIĞına şahid oldu ki…

20 Oktyabr 2020 12:44 Milli komanda 592
Yığmamızın baş məşqçisi ermənilərin elə DƏHŞƏTLİ SAXTAKARLIĞına şahid oldu ki…

«Ermənilər yalançı və saxtakardır, mən bunun şahidiyəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında 18 yaşlılardan ibarət yığmanın baş məşqçisi Elxan Abdullayev deyib.

O, qarşılaşdığı bir hadisə barədə danışıb: «Onlar tarixi saxtalaşdırmağa və hər şeyi öz adlarına çıxmağa adət ediblər. İllər əvvəl İspaniyada olanda gördüyüm bir hadisəni heç vaxt unuda bilmərəm.

Deməli, küçə ilə gedəndə bir parkın yanından keçirdim. Baxdım ki, 3-4 nəfər torpağı qazıb, ora nəsə basdırır.

Fikir verdim, ermənilər idi. Özləriylə Ermənistandan gətirdikləri qəpikləri torpağa basdırırdılar.

Bunu bilirsiz, niyə edirdilər? 100-200 il keçəcək, nəvaxtsa həmin park qazılacaq və oradan ermənilərə aid qəpik pullar çıxacaq, onda da dünyaya desinlər ki, görürsüz, vaxtilə İspaniyada ermənilər yaşayıb, bura da bizim torpaqlardır.

Onlar çox sonranı fikirləşib, bu cür hərəkətlər edirlər. Demək istədiyim odur ki, ermənilər tarixi özlərinə sərf edən formada saxtalaşdırırlar və özlərini buna inandığı kimi, çalışırlar, beynəlxalq ictimaiyyət də onların yalanlarına inansınlar. Tək Qarabağda yox, hər yerdə belə edirlər».

Digər Xəbərlər
Xəbər Lenti