"34 yaşımda risk etdim və Azərbaycan millisini seçdim"

20 Oktyabr 2020 13:54 Milli komanda 591
"34 yaşımda risk etdim və Azərbaycan millisini seçdim"

"Bilirdim ki, məni Gürcüstanın əsas millisinə çağırmayacaqlar".

Sportinfo.az xəbər verir ki, bu sözlər Badri Kvaratsxeliyaya məxsusdur.

1998-2005-ci illər ərzində ölkəmizdə çıxış etmiş və millimizə çağırılmış gürcü hücumçu seçimi barədə danışıb. "Kəpəz" və "Şəmkir"dəki çıxışı ilə tanınan forvard Gürcüstan yığmasındakı güclü rəqabətə görə bu təklifi qəbul etdiyini söyləyib:

"Çünki orada məndən güclü futbolçular var idi. Azərbaycandan isə təklif 1998-ci ildə gəldi. Amma 33 yaşım olduğu üçün əvvəlcə qəbul etməkdən çəkindim.

1999-cu ilin sonunda məni növbəti dəfə yığmaya dəvət etdilər. Həmin vaxt 34 yaşım var idi. Bu dəfə isə risk etdim və millidə 3 oyun keçirdim.

Bunlar DÇ-2006-nın seçmə mərhələsinin İsveç və Makedoniya ilə matçları, həmçinin Gürcüstanla yoldaşlıq görüşü idi. Daha iki qarşılaşmada isə ehtiyatda qaldım.

Karyeramın sonlarında Birləşmiş Ərəb Əmirliklərinin "Dubay" klubundan sərfəli təklif alsam da, məni ora buraxmadılar. Futbolda belə hallar da olur.

Bundan sonra "Şəmkir"də oynamağa davam etdim və 39 yaşımda karyeramı bitirdim. Tbilisiyə qayıtdıqdan sonra məşqçiliyə başladım.

Azərbaycan və Gürcüstanda müxtəlif klublarda çalışdım. 2019-cu ilin yazında ürək əməliyyatından sonra məşqçilik karyeramı başa vurmalı oldum".

Digər Xəbərlər
Xəbər Lenti