“Tənqid etmək onların işidir, bu, mənim üçün heç nə demək deyil"

18 Oktyabr 2020 14:00 Milli komanda 635
“Tənqid etmək onların işidir, bu, mənim üçün heç nə demək deyil"

“Kifayət qədər yaxşı oynadıq və çox sayda qol imkanları yaratdıq”.

Sportinfo.az xəbər verir ki,bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev deyib.

Millətlər Liqasının IV turunun Kiprlə oyununda (0:0) qol imkanlarını sağa-sola xərcləyən hücumçu Albaniyada keçirilən görüş barədə fikirlərini azerisport.com saytına açıqlayıb:

“Çatışmayan yeganə məqam isə qolun vurulması idi. Hərçənd bunu bir neçə dəfə edə bilərdik. Qalib gələ bilməməyimiz pisdir. Qələbəyə layiq olan komanda üçün daha çox üzülürəm”.

Şeydayev bildirib ki, uğursuz oyundan sonra tənqidlərin hədəfinə çevrilməsinə ciddi əhəmiyyət vermir: “Tənqid etmək onların işidir. Bu mənim üçün heç nə demək deyil.

Çünki mən yenə vuracağam və onlar yenə yaxşı olduğumu deyəcəklər. Mən özüm də nəyin üzərində çalışmaq lazım olduğunu bilirəm və bunu edəcəyəm”.

Monteneqro (0:2) və Kiprlə (0:0) görüşlərdə ümidləri doğrula bilməyən yığmanın forvardı qələbənin növbəti matçlarda gələcəyini düşünür: “Bir xala deyil, tam başqa nəticəyə ümid edirdik. Hər iki matçda qalib gəlmək istəyirdik. Amma alınmadı. Ümid edirəm ki, növbəti qarşılaşmalarda qələbə qazanacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti