Millimizi gözləyir - 2...

17 Oktyabr 2020 23:00 Milli komanda 768
Millimizi gözləyir - 2...

Azərbaycan millisinin FIFA-nın növbəti reytinq cədvəlində neçənci olacağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, hesabat dövründə Millətlər Liqasında keçirdiyi oyunlarda Monteneqroya uduzub (0:2), Kiprlə heç-heçə edən (0:0) Canni De Byazinin komandası 4 xal itirib. Bu isə ötən siyahı ilə müqayisə 2 pillə geriləməyə səbəb olacaq.

Hazırda 1175 xalı olan yığma növbəti siyahıda 114-cü sırada qərarlaşacaq.Yığmanın yeni qonşuları Tailand (113) və Koreya Xalq Demokratik Respublikası (115) olacaq.

Yığmanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro 64-cü (-1), Lüksemburq Lüksemburq 95-ci (+2), Kipr isə 99-cu (-1) yerdə qərarlaşacaq.

Yeni reytinq cədvəli oktyabrın 22-də açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti