"Oyunçularımı sanki yuxudan oyatmaq istəyirdim"

17 Oktyabr 2020 12:58 Milli komanda 554
"Oyunçularımı sanki yuxudan oyatmaq istəyirdim"

Bilindiyi kimi, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Slovakiya - Azərbaycan oyunu xoşagəlməz sonluqla başa çatıb.

Sportinfo.az xəbər verir ki, 90+4-cü dəqiqədə buraxılan qoldan sonra məğlub duruma düşən yığmamızın üzvləri narazılıqlarını sərt şəkildə nümayiş etdirib.

Bu üzdən matçın norveçli baş hakimi Kristofer Haqenes əlini cibinə atıb. Referi əvvəl futbolçumuz Mert Çelikə, ardınca baş məşqçi Milan Obradoviçə sarı vərəqə göstərib.

Bu, serbiyalı mütəxəssisin qarşılaşmada ikinci xəbərdarlığı olub. 88-ci dəqiqədə ilk sarı vərəqəsini alan Obradoviç 90+6-cı dəqiqədə ikinci dəfə cəzalanıb.

Nəticədə hakim onu texniki zonadan kənarlaşdırıb. Obradoviç yığmamızın oktyabrın 13-də Gürcüstanla səfər matçında (0:1) texniki zonada ola bilməyib.

Balkanlı mütəxəssis həmin epizodları bu cür şərh edib: "İlk vərəqəni göstərdiyim çılğın reaksiyaya görə aldım. Həmin vaxt baş hakimin hansısa qərarına etiraz etmirdim.

Sadəcə, oyunçularımı sanki yuxudan oyatmaq istəyirdim. Çünki oyuna tam köklənə bilməmişdilər. Belə anlarda onlara meydanda olduqlarını xatırlatmaq olduqca önəmlidir. İkinci "sarı"nı da eyni səbəbdən gördüm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu