"Sən çox danışırsan" söylədi, adını "qara siyahı"ya saldı

16 Oktyabr 2020 14:08 Milli komanda 778
"Sən çox danışırsan" söylədi, adını "qara siyahı"ya saldı

U-21 yığımasının baş məşqçisi Milan Obradoviç növbəti dəfə futbolçularla problem yaşayıb.

Serbiyalı mütəxəssis bu dəfə Rövlan Muradovu «qara siyahı»ya salıb.

«Qəbələ»nin əsas heyət üzvü AVRO-2021-nin seçmə mərhələsinin Slovakiya və Gürcüstanla səfər oyunlarında əsas heyətə daxil edilməyib.

Səbəb Fransa ilə Sumqayıtda keçirilən matçdan (1:2) sonra baş verən hadisədir. Belə ki, balkanlı çalışdırıcı yarımmüdafiəçini sərt dillə tənqid edib, sonra isə «ümumiyyətlə, sən çox danışırsan, mənə isə belə futbolçu lazım deyil» söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti