Millimizin B liqasına yüksəlmək ehtimalı - 1,06 faiz

16 Oktyabr 2020 14:50 Milli komanda 739
Millimizin B liqasına yüksəlmək ehtimalı - 1,06 faiz

Millətlər Liqasının 4 turundan sonra komandaların şansları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ekspertlər son iki tur ərəfəsində hər bir yığmanın konkret yerləri tutmaq ehtimallarını hesablayıb.

C liqasının 1-ci qrupunda çıxış edən Azərbaycan millisinin də şansları bəlli olub. Keçirdiyi 4 oyundan sonra 4 xalla 3-cü pillədə qərarlaşan Canni de Byazini yetirmələri birinci yer imkanı minimuma enib.

Komandamızın B liqasına yüksəlmək ehtimalı 1,06 faizə bərabərdir. Daha çox 3-cü yeri tutacağı gözlənilən millimiz qrup sonunculuğundan da sığortalanmayıb.

1-ci yer – 1,06
2-ci yer – 4,21
3-cü yer – 89,28
4-cü yer – 5,45

Yığmamız V turda Monteneqronu qəbul edəcək, son matçında Lüksemburqun qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti