AFFA millidən narazı qaldı, 15000-i verməkdən imtina etdi

16 Oktyabr 2020 10:52 Milli komanda 676
AFFA millidən narazı qaldı, 15000-i verməkdən imtina etdi

AFFA rəhbərliyi yığmanın UEFA Millətlər Liqasının son 2 turunda qeydə alınan nəticələrindən pərişan olub.

Monteneqroya 0:2 hesabıyla uduzan komanda Kiprlə qolsuz heç-heçəyə görə mükafatdan məhrum edilib.

Normalda qazanılan 1 xala görə əsas heyət üzvlərinin hər birinə 15000 manat ödənilməli idi. Hər halda turnirdən öncə federasiya tərəfindən kollektivə belə bir açıqlama verilmişdi.

Gəl ki, həm oyunçuların potensialından zəif çıxış etməsi, həm də qrupdan çıxmaq ehtimalını faktiki olaraq itirməsi AFFA-nı bu qərarı çıxarmasını şərtləndirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti