Monteneqro 2 aparıcı simasını Bakıya gətirməyəcək

15 Oktyabr 2020 23:50 Milli komanda 895
Monteneqro 2 aparıcı simasını Bakıya gətirməyəcək

Millətlər Liqasının V turunda Azərbaycan millisinin qonağı olacaq Monteneqro yığması Bakıya itkilərlə gələcək.

Sportinfo.az xəbər verir ki, rəqibin üç futbolçusu sözügedən görüşü buraxacaq.

Buna səbəb onların ötən gün Lüksemburqla matçda cəzalı duruma düşmələridi. Evdə 1:2 hesabı ilə uduzan Monteneqronun iki oyunçusu qırmızı, biri isə sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Müdafiəçi Marko Simiç ikinci sarı vərəqə ilə meydanı tərk edibsə, hücumçu Marko Yankoviçin birbaşa qırmızı vərəqə alaraq cəzalanıb. Digər müdafiəçi Momçilo Raspopoviç isə turnirdə ikinci sarı vərəqəni alıb.

Azərbaycan - Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!