Son oyunlar millinin FIFA reytinqinə necə təsir edəcək?

15 Oktyabr 2020 23:40 Milli komanda 515
Son oyunlar millinin FIFA reytinqinə necə təsir edəcək?

Millətlər Liqasında son iki oyunun Azərbaycan yığmasının FIFA reytinqinə necə təsir edəcəyi bəllidi.

Sportinfo.az xəbər verir ki, Monteneqroya uduzan, Kiprlə heç-heçə edən yığma xal itkisi ilə üzləşib.

Podqoritsadakı yenilgi millimizin aktivindən 4,8 xalın silinməsinə səbəb olub. Kiprlə bərabərlik isə komandaya 0,7 xal qazandırıb. Ümumilikdə itki 4,1 xala bərabər olub.

Hazırda 1179 xalla 111/112-ci yerləri bölüşdürən Canni De Byazinin yetirmələri yeni siyahıda 1-2 pillə geri düşəcək.

Yeni reytinq cədvəli oktyabrın 22-də açıqlanacaq. Azərbaycan millisi Millətlər Liqasında Lüksemburqa 0:2 hesabı ilə uduzub, Kiprlə qolsuz heç-heçəyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti