Yığmamız autsayderlər arasında - 4 oyunda 11 zərbə

15 Oktyabr 2020 21:50 Milli komanda 509
Yığmamız autsayderlər arasında - 4 oyunda 11 zərbə

Millətlər Liqasının arxada qalan 4 turunun statistikaları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə turnirdə iştirak edən 55 komandadan 52-nin göstəriciləri yer alıb.

Yalnız üç komandalı qrupda çıxış edənlər nəzərə alınmayıb. Bunlar Lixtenşteyn, San-Marino və Cəbəllütariqdir. Bu da onunla bağlıdır ki, onlar digərləri ilə müqayisədə az matç keçirib.

Azərbaycan millisi arxada qalan 4 turda 26 dəfə qapı istiqamətində zərbə endirib. Bosniya və Herseqovina ilə eyni göstəriciyə imza atan yığma 45-46-cı yerlərdə qərarlaşıb. Portuqaliya hamıdan çox – 67 dəfə zərbə vurub.

Millimiz keçirdiyi 4 oyunda 11 dəfə çərçivəyə düşüb. Bu, turnirdə 41-ci nəticədir. Yığmamız bu mövqeyi Şimali İrlandiya və Slovakiya ilə bölüşür. Rekord isə Almaniyaya məxsusdur – 32 zərbə.

Çərçivədən yan keçən zərbələrimizin sayı 14-ə bərabərdir. Millimiz burada 29-36-cidir. Finlandiya, Xorvatiya, Andorra, Belçika, Monteneqro, Sloveniya və Ukrayna da eyni göstəriciyə malikdir.

Azərbaycan futbolçuları 4 oyunda 8 künc zərbəsi yerinə yetirib. Bu, Millətlər Liqasında 50-ci yerdir. Çexiya rekordçudur – 30 dəfə.

Oyundankənar vəziyyətə düşməkdə isə yalnız Danimarkadan öndəyik. Şimallılar üç, millimiz 2 dəfə ofsayda düşüb. Komandamız bu göstəricidə Çexiya, Albaniya və Maltayla 48-51-ci yerləri bölür (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"