Azərbaycan C Liqasının 10-cusudur – İNDİ NEYLƏYƏK?

15 Oktyabr 2020 14:50 Milli komanda 465
Azərbaycan C Liqasının 10-cusudur – İNDİ NEYLƏYƏK?

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turu geridə qalıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması Kiprə qarşı neytral meydanda keçirdiyi görüşdə qolsuz heç-heçəyə razılaşıb.

4 matçda eyni sayda xal toplayan Canni De Byazinin komandası qrupda 3-cüdü.

Bəs əgər turnir üçün ümumi bir cədvəli olsaydı, milli hansı sırada qərarlaşardı?

Azərbaycan yığması ilə yanaşı daha 3 komanda 4 xal toplayıb. Bunlar Rumıniya, Qazaxıstan və Lixtenşteyndir.

Rumıniya əlavə göstəricilərə görə yığmamızdan geridə olsa da, digər iki kollektiv daha üstündü. Ümumilikdə 55 yığmadan 33-ü 5 xal və daha çox yığıb. Bu isə o deməkdi ki, Azərbaycan millisi ümumi sıralamada 34-37-cı yerləri bölüşdürür.

Yığmanın yer aldığı C Liqasına gəlincə, komanda burda 16 komanda arasında 10-cudu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!