De Byazi Ramil Şeydayevə xəbərdarlıq etdi

15 Oktyabr 2020 10:52 Milli komanda 1 081
De Byazi Ramil Şeydayevə xəbərdarlıq etdi

Millinin baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz başa çatan matçdan sonra futbolçulara öz narazılığını bildirib.

İtalyan çalışdırıcı UEFA Millətlər Liqasının 4-cü turunda qalib gələ bilməyən komanda üzvlərindən ən çox Ramil Şeydayevdən narazı qalıb.

O, 4 əla qol fürsətini boşa verən hücumçunu məsuliyyətli olmağa çağırıb. 65 yaşlı mütəxəssis son vaxtlar formadığını olmadığını forvardın nəzərinə çatdırıb, belə davam edərsə, əsas heyətdə yerini itirəcəyi ilə bağlı xəbərdarlıqını elan eləyib.

De Byazi bu kimi oyunları boş keçirməyin ağır fsəadlara yol aça biləcəyini diqqətə çatdırıb, «lider futbolçu vacib anlarda məsuliyyəti öz üzərinə götürməyi bacarandır» deyib və bununla Ramilə özü haqda bir daha düşünməyi məsləhət görüb.

Digər Xəbərlər
Xəbər Lenti