Kamran Ağayevlə digərlərinin fərqi - "Doqquzluq”da

14 Oktyabr 2020 23:20 Milli komanda 926
Kamran Ağayevlə digərlərinin fərqi -

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Azərbaycan millisindəki debütü uğurlu alınıb.

Sportinfo.az xəbər verir ki, milliləşən rusiyalı legioner ilk görüşündə qapısını toxunulmaz saxlayıb.

Bu, Millətlər Liqasının C liqasının 1-ci qrupunun IV turuna təsadüf edib. Şahruddin Kiprlə qarşılaşmada qapısından qol buraxmayıb – 0:0.

Məhəmmədəliyev rəsmi turnirlər çərçivəsində, yəni dünya və Avropa çempionatının seçmə oyunları, həmçinin Millətlər Liqası matçında qol buraxmayan 9-cu qapıçıdır. İndiyədək cəmi 8 qolkiper belə görüşlərdə “quru” oyun keçirib.

Mütləq rekord Kamran Ağayevə məxsusdur. O, 14 dəfə qapısını toxunulmaz saxlayıb. Milli tarixinin digər qapıçıları hamısı birlikdə 12 “quru” oyun keçirib (apasport.az).

1. Kamran Ağayev – 14
2. Dmitri Kramarenko – 3
3-4. Aleksandr Jidkov, Cahangir Həsənzadə - 2
5-9. Kazimir Qudiyev, Fərhad Vəliyev, Səlahət Ağayev, Emil Balayev, Şahruddin Məhəmmədəliyev – 1.

Digər Xəbərlər
Xəbər Lenti