“Azərbaycanla matçda son nöqtəni qoymaq istəyirik”

14 Oktyabr 2020 20:50 Milli komanda 528
“Azərbaycanla matçda son nöqtəni qoymaq istəyirik”

“Artıq qrup birinciliyinin xəyalını qurmağa ehtiyac yoxdur. Çünki hazırda həmin mövqedə qərarlaşmışıq”.

Sportinfo.az xəbər verir ki, bunu Lüksemburq yığmasının baş məşqçisi Lük Holtz Millətlər Liqasının IV turunda Monteneqro üzərində qazanılan səfər qələbəsi (2:1) barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis sona 2 tur qalmış qrup liderliyini ələ keçirsələr də, orada möhkəmlənməyin çətin olacağını söyləyib. O, Kipr və Azərbaycanla qarşılaşmalarda eyni ciddiyyəti davam etdirəcəklərini vurğulayıb:

“Əlbəttə ki, son iki oyunda yalnız qələbə qazanmaq barədə düşünürük. Amma bunun çətin olacağını bilirik. Kipr səfərindən qalibiyyətlə dönüb, evdə Azərbaycanla keçiriləcək matçda son nöqtəni qoymaq istəyirik”.

Lüksemburq yığmasının Kipr və Azərbaycanla oyunları müvafiq olaraq noyabrın 14-də və 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti