"Azərbaycanla Kipri udub, Lüksemburqun büdrəməsini gözləyəcəyik"

14 Oktyabr 2020 16:28 Milli komanda 616
"Azərbaycanla Kipri udub, Lüksemburqun büdrəməsini gözləyəcəyik"

“Oyuna yaxşı başladıq, baxımlı qol vurduq. Bundan sonra daha diqqətli olmalı idik”.

Soortinfo.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda evdə Lüksemburqla oyundan sonra mətbuat konfransında deyib.

Bosniyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib: “Qoy, hamı mənə təzyiq göstərsin. Amma biz inamlı mübarizə apardıq. Belə oyunla daha yaxşı nəticəyə layiq idik. Sadəcə, buraxılan qollara mane ola bilmədik”.

63 yaşlı baş məşqçi artıq pley-offa vəsiqənin taleyinin onlardan asılı olmadığını söyləyib: “Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik. Qrupda Azərbaycan və Kiprlə oyunlarımız qalıb. Hər iki matçda qalib gəlib, Lüksemburqun xal itirməsini gözləyəcəyik”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Monteneqro millisi liderliyi əldən verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"