"Qol orucu" tutan Ramil Şeydayev – 40-a nə qaldı…

14 Oktyabr 2020 13:54 Milli komanda 806
"Qol orucu" tutan Ramil Şeydayev – 40-a nə qaldı…

Millətlər Liqasının qrup mərhələsində Kiprlə keçirilən oyun Azərbaycan yığmasının 3 futbolçusu üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Albaniyanın Elbasan şəhərindəki qarşılaşmada (0:0) müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçi Namiq Ələsgərov və hücumçu Ramil Şeydayev yubiley matçına çıxıb.

Onlar arasında millidə ən çox oyun keçirən Şeydayev 30-cu dəfə üçrəngli formanı geyinib. 81 dəqiqə meydanda qalan forvard bir neçə real şans yaxalasa da, yubileyini qolla qeyd etməyi bacarmayıb.

Mübarizəyə ehtiyatdan başlayan və 57-ci dəqiqədə meydana daxil olan Namiq Ələsgərov 20-ci matçını keçirib. Bəhlul Mustafazadənin isə ilk yubileyi olub. İlk dəqiqələrdən çıxış edən və 71-ci dəqiqədə zədələnərək əvəzlənən müdafiəçi 10-cu görüşünü geridə qoyub.

4 futbolçu - Elvin Bədəlov, İsmayıl İbrahimli, Şahruddin Məhəmmədəliyev və Amin Seydiyev Kiprlə qarşılaşmada millinin heyətində debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti