Azərbaycan yığmasında bu da oldu!

14 Oktyabr 2020 12:58 Milli komanda 1 292
Azərbaycan yığmasında bu da oldu!

Azərbaycan millisinin heyətində birdən-birə 3 futbolçu debüt edib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçisi İsmayıl İbrahimli və “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov yığmada ilk oyununa çıxıb.

Milliləşən legioner Məhəmmədəliyev və digər iki yerli oyunçu az öncə start fiti verilən Azərbaycan - Kipr görüşündə şans qazanıb. Onlar Millətlər Liqasının IV turunun Elbasan şəhər stadionundakı qarşılaşmasının start heyətində yer alıblar.

Bunadək milli forması geyinməyən “üçlük” debüt şansını Canni de Byazidən qazanan oyunçu sayını 6-ya çatdırıb.

İtaliyalı mütəxəssis Kiprlə ilk qarşılaşmasında (1:0) “Sumqayıt”ın mililəşən legioneri rusiyalı Rəhim Sadıxova şans verib. Dörd gün əvvəl Monteneqro ilə matçda isə Əli Qurbani ilə Azər Salahlı ilk dəfə millinin formasını geyinib.

Şahruddin, Elvin və İsmayıl Azərbaycan yığması tarixində çıxış edən oyunçu sayını isə 242-yə çatdırıb. Bunadək keçirilən 259 matçda 239 oyunçu şans qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti