Canni De Byazi: "3:0 uda bilərdik, imkanlarımızdan yararlanmağı bacarmadıq"

13 Oktyabr 2020 22:26 Milli komanda 1 090
Canni De Byazi: "3:0 uda bilərdik, imkanlarımızdan yararlanmağı bacarmadıq"

"Oyuna çox yaxşı konsentrasiya olunmuşduq. 3 xal qazanaraq, son imkanımızdan yararlanmaq istəyirdik. Amma alınmadı".

Sportinfo.az xəbər verir ki, Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası 2 xal itirib: "Birinci hissədə 3:0 hesabı ilə qalib gələ bilərdik. Amma imkanlarımızdan yararlanmağı bacarmadıq. Penalti epizodunda zərbəni Qara Qarayevin vurmasını özüm istədim. Çünki kapitanımız idi. Amma bacarmadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!