Azərbaycana məğlubiyyət ona nə vəd edir?

13 Oktyabr 2020 16:28 Milli komanda 1 014
Azərbaycana məğlubiyyət ona nə vəd edir?

Kipr yığması Millətlər Liqasının qrup mərhələsində 4-cü oyununu bu gün Azərbaycan millisinə qarşı keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu görüşdə məğlubiyyət rəqibin baş məşqçisi Yohan Valemi antirekorda bir addım da yaxınlaşdıra bilər.

Kiprlilər bu il baş məşqçi postuna təyin olunan Valemin rəhbərliyi altında keçirdiyi 3 rəsmi matçın hamısında yenilib. Bununla çalışdırıcı ən uğursuz başlanğıca imza atan məşqçilər sırasında ikinci olan Kristakis Kristoforuya (2015-2017) çatıb.

Azərbaycana məğlubiyyət isə Valemi həm ikinci pilləyə yüksəldəcək, həm də lider Nikos Niopliasa yaxınlaşdıracaq. 2011-2013-cü illərdə Kipri çalışdıran Niopliasın rəhbərliyi altında baş tutan ilk 5 matçın hamısında komanda uduzub.

Albaniyanın Elbasan şəhərində keçiriləcək Azərbaycan – Kipr matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış