Çoxsaylı şansları boşa verdik, Kipri qaçırdıq

13 Oktyabr 2020 21:51 Milli komanda 1 029
Çoxsaylı şansları boşa verdik, Kipri qaçırdıq

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprlə üz-üzə gəlib.

Azərbaycan millisi ikinci dövrənin ilk matçını doğma meydanda keçirməli olsa da, məlum səbəblərdən bu oyun Albaniyada baş tutub.

Əvvəlki turlarda Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan millimiz yeganə qələbəsini məhz Kipr üzərində qazanmışdı – 1:0.

Xala və qola həsrət qalan autsayder son sıradan qurtulmaq üçün mübarizə aparıb. Millimiz isə bu rəqiblə oyundan növbəti dəfə uğurlu nəticə ilə ayrılmaq niyyətində olsa da, bu dəfə heç-heçə ilə kifayətlənib.

C liqası, 4-cü tur
13 oktyabr

Azərbaycan – Kipr 0:0
Matçın 27-ci dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilməyib (qapıçı)

Baş hakim: Fran Yoviç (Xorvatiya)
Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 20. İsmayıl İbrahimli, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 5. Şəhriyar Əliyev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 9. Əli Qurbani, 15. Namiq Ələsgərov, 16. Elvin Camalov, 17. Rəhman Hacıyev, 19. Təmkin Xəlilzadə, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Canni de Byazi
Kipr: 1. Demetris Demetriu, 2. Andreas Karo, 19. Kostas Laifis, 3. Kristos Veeler, 7. Minas Antoniu, 8. Çambos Kiriaku, 18. Kostakis Artimatas, 20. Qriqoris Kastanos, 9. Dimitris Kristofi (k), 10. Pyeros Sotiriu, 21. Marinos Tzionis
Ehtiyat oyunçular: 12. Çaralambos Kiriakidis, 22. Neofitos Mixael, 4. Tomas Yannu, 5. Fanos Katelaris, 6. Kristos Şelis, 11. Panagiotis Zakariu, 13. Yannis Kusulos, 14. Andronikos Kakullis, 15. Aleks Qoqiç, 16. Mixalis Yannu, 17. Loyzos Loyzou, 23. Yannis Pittas
Baş məşqçi: Yohan Valem
Elbasan (Albaniya). “Elbasan Arena”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti