Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Canni De Byazinin başçılıq etdiyi kollektiv qrup mərhələsinin IV turunda Kipr ilə qarşılaşacaq.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığma 3 xalla 3-cü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan yeganə qələbəsini II turda səfərdə məhz onlar üzərində əldə edib - 1:0.
De Byazi bu matçda futbolçularından 3 xal istəyib. İtalyan çalışdırıcı komanda üzvləri ilə söhbətində qələbənin vacibliyini anladıb, Monteneqro ilə qoarşılaşmadakı səhvlərin təkrarlanmamasını tələb eləyib:
«Biz keçən tur öz səhvlərimizdən uduzduq. Qapımızda gördüyümüz hər iki qol gülməli alındı. Milli səviyyəsində olan futbolçulara belə səhvləri yaraşmır.
Amma eybi yox, bunu unutdura bilərik.kiprlə Bakıda qarşılaşsaydıq, bizə daha rahat olardı. Vəziyyəti bilirsiz. Mən görürəm ki, hamınız Azərbaycandan narahatsız, oradan yaxşı xəbərlər gözləyirsiz.
Bütün fikriniz cəbhə xəttindədir. Baxıram, çoxunuzun üzü heç gülmür. Mənim diqqətimdən heç nə yayıınmır. Sizdən istəyim odur ki, ağlınızı və fikrinizi 90 dəqiqə qarşıdakı oyuna verəsiz.
Bura da bir cəbhədir, siz mübarizə aparmalı, qələbə qazanmağa çalışmalısız».
SSPORTİNFO.AZ

