13 – Millimizə xoşbəxtlik gətirməyən rəqəm və gün

12 Oktyabr 2020 21:20 Milli komanda 685
13 – Millimizə xoşbəxtlik gətirməyən rəqəm və gün

Sabah Millətlər Liqasında növbəti oyununu keçirəcək Azərbaycan millisi tarixində 6-cı dəfə oktyabrın 13-də meydana çıxacaq.

Sportinfo.az xəbər verir ki, yığmamız indiyədək 5 dəfə bu tarixdə qüvvəsini sınayıb.

Canni de Byazinin yetirmələri Kiprlə Albaniyanın Elbasan şəhərində keçiriləcək matçda nəhs günlə bağlı uğursuz seriyanı qırmalıdır. Ayın 13-də baş tutan bütün oyunlarda uduzan millimiz qola da həsrət qalıb.

Yığmamız iki dəfə evdə, üç dəfə səfərdə keçirdiyi matçlarda ümumilikdə 12 top buraxıb.

13 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – İngiltərə - 0:1
13 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Portuqaliya – 0:2
13 oktyabr 2014. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan – 6:0
13 oktyabr 2015. Sofiya. AÇ. Bolqarıstan – Azərbaycan – 2:0
13 oktyabr 2019. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan – 1:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti