"Məyus olmağa vaxt yoxdur, başımızı qaldırmalı və əlimizdən gələni etməliyik"

12 Oktyabr 2020 21:10 Milli komanda 1 196
"Məyus olmağa vaxt yoxdur, başımızı qaldırmalı və əlimizdən gələni etməliyik"

"Məyus olmaq üçün vaxt yoxdur. Sabahkı matç hər mənada çox çətin olacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Kipr yığmasının futbolçusu Pieros Sotiryu UEFA Millətlər Liqasının IV turunda Azərbaycan komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı hücumçu bildirib ki, komanda olaraq daha çox çalışmalıdırlar: "Başımızı qaldırmalı və sabahkı görüşdə əlimizdən gələni etməliyik".

Oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti