Yığmanın baş məşqçisinə yeni müqavilə təklif olunmamasının ŞOK SƏBƏBİ!

12 Oktyabr 2020 12:44 Milli komanda 1 132
Yığmanın baş məşqçisinə yeni müqavilə təklif olunmamasının ŞOK SƏBƏBİ!

21 yaşlılardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçin bu ilin sonunda Azərbaycanı tərk edəcəyini açıqlamışdıq.

Serbiyalı mütəxəssisin 2 illik müqaviləsini uzatmamaq AFFA-nın qərarıdır.

AVRO-2021-in seçmə tsiklində 8 turdan sonra 6 xal toplayıb və final mərhələsinə yüksəlmək şansını itirib. Elə düşünməyək ki, bu, balkanlı çalışdırıcıya yeni kontraktın təklif olunmamasının səbəbidir.

«Əmma» başqadır. Məsələ başqadır. İş ondadır ki, Obradoviç bir müddət əvvəl AFFA-nın müqavilə şərtlərinə yenidən baxmaqla bağlı təklifini geri çevirib.

Başqa sözlə, o, aldığı məbləğin azaldılmasına razılaşmayıb. Serbiyalı sükançının Aərbaycanda illik qazancının 350 min dollar təşkil etməsini diqqətinizə çatdıraq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti