"Meydan yaxşı olsaydı, Azərbaycana daha çox qol vurardıq"

12 Oktyabr 2020 12:30 Milli komanda 663
"Meydan yaxşı olsaydı, Azərbaycana daha çox qol vurardıq"

"Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolu oldu.

Lüksemburqla görüşdə son dəqiqələrdə zərbəyə yaxşı reaksiya göstərdim və bir qol vurub qalib gəldik. İndiyə qədər bütün görüşlərdə qələbə qazanmışıq. Bu, bizi ruhlandırır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Monteneqro yığmasının oyunçusu Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edərkən deyib.

33 yaşlı qapıçı bildirib ki, ardıcıl 3 qalibiyyət komandası üçün yaxşı başlanğıcdır: "Qol buraxmadan qələbə qazanmaq çox şey deməkdir. Bu, futbolçularda özünəinamı artırır. Sadəcə, bu ritmlə davam etmək lazımdır".

Hazırda Bolqarıstanın "Levski" (Sofiya) klubunda çıxış edən qolkiper Podqoritsa şəhər stadionunda meydanın vəziyyətindən gileylənib: "Azərbaycan qapımıza doğru ciddi zərbə endirmədi. Meydan, şərtlər yaxşı olsaydı, daha çox qol vurardıq. İstənilən halda, qələbəyə görə şadıq".

Monteneqro hazırda C Liqasında 9 xalla 1-ci qrupun lideridir. Lüksemburq 6 xalla 2-ci, Azərbaycan 3 xalla 3-cü, xalsız Kipr isə sonuncu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti