Azərbaycan millisi növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqronun qonağı olub.
2 turdan sonra 3 xalı olan milli qələbə qazanacağı təqdirdə 1-ci sıraya yüksələ bilərdi. Ancaq rəqibinə 0:2 hesabı ilə uduzan komanda 3 xalla hazırda 3-cü sıradadı.
Canni De Byazinin rəhbərlik etdiyi kollektiv ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro daha əvvəl Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.
Yığmamızın qrupundakı digər görüşdə Lüksemburq Kipri 2:0 hesabı ilə məğlub edib.
C Liqası, I qrup
Monteneqro – Azərbaycan 2:0
Qollar: Stefan Yovetiç, 9, İqor İvanoviç, 72

