AFFA yığmanın baş məşqçisi barədə bu qərarı verdi

10 Oktyabr 2020 10:52 Milli komanda 1 317
AFFA yığmanın baş məşqçisi barədə bu qərarı verdi

AFFA 21 yaşlılardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçlə bağlı qərarını müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, federasiya 2 illik müqaviləsi cari ilin sonunda bitəcək serbiyalı mütəxəssisə yeni kontrakt təklif etməyib.

Azərbaycan millisi AVRO-2021-in seçmə tsiklində 8 turdan sonra 6 xal toplayıb və final mərhələsinə yüksəlmək şansını itirib. Bu tur Slovakiyaya səfərdə 1:2 hesabıyla uduzan komandamız bütün ümidlərini «dəfn edib».

Qrup mərhələsinin başa çatmasına 2 tur qalıb və Obradoviçin ondan sonra ölkəmizdən birdəfəlik gedəcəyi dəqiqdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti