Azərbaycan yığması 10 ildən sonra...

10 Oktyabr 2020 12:16 Milli komanda 1 020
Azərbaycan yığması 10 ildən sonra...

Millətlər Liqasında Monteneqro ilə qarşılaşacaq Azərbaycan yığması tarixində 2-ci dəfə bu rəqiblə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, C liqasının 1-ci qrupunda mübarizə aparan rəqiblər yalnız bir dəfə görüşüb.

Bu, 2010-cu ildə baş verib. Noyabrın 17-də komandalar Podqoritsada yoldaşlıq matçına çıxıb.

10 ildən sonra görüşəcək yığmaların həmin oyununun taleyi ikinci hissədə həll olunub. İlk yarısı qolsuz bitən qarşılaşmanın fasiləsindən sonra 2 cavabsız qol vuran Monteneqro ev qələbəsi qazanıb. Həmin vaxt qollardan birinə imza atan Fatoş Beçiray 10 ildən sonra da yığmasının heyətində yer alıb.

Yoldaşlıq oyunu
17 noyabr 2010. Podqoritsa. Monteneqro – Azərbaycan – 2:0

Luka Peyoviç, 62, Fatos Beçiray, 73

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti