"Azərbaycanla oyunda əlimdən gələni etməyə hazıram"

10 Oktyabr 2020 10:10 Milli komanda 708
"Azərbaycanla oyunda əlimdən gələni etməyə hazıram"

“Təəssüf ki, milli komandanın qrupda keçirdiyi ilk iki oyunda iştirak etməmişəm".

Sportinfo.az xəbər verir ki, bunu Monteneqro millisinin futbolçusu Marko Simiç Millətlər Liqasının IV turunda Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

33 yaşlı müdafiəçi bildirib ki, həmişə olduğu kimi, milli komanda üçün əlindən gələni etməyə hazırdır: "Hər oyuna çox köklənəndə bu, bəzən yaxşı nəticə üçün kifayət etmir”.

Bu gün Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti