Millimizin qapıçısı Avropanın “Top-5”inə düşdü

10 Oktyabr 2020 00:30 Milli komanda 932
Millimizin qapıçısı Avropanın “Top-5”inə düşdü

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ən çox qurtarış edən qapıçılarının siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran İbrahimov “Top-5”də yer alıb.

Yığmamızın keçirdiyi 8 görüşdə 32 seyv edən qolkiper bu göstəricidə 4-5-ci yerləri bölüşür. Kamranın şəriki Belarus millisinin qapıçısı Pavel Pavlyuçenkodur.

Cədvələ Mirko de Angelis başçılıq edir. San-Marino yığmasının əlcək sahibi 58 qurtarışa imza atıb. Qazaxıstanlı Muxammejan Seysenin hesabında 40 seyv var. İlk “üçlüy”ü Andorra yığmasının üzvü Armando Mayer qapayır. O, 33 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti