Millətlər Liqasının qrup mərhələsində sabah Azərbaycan yığmasını qəbul edəcək Monteneqronun heyətində növbəti dəyişiklik edilib.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Faruk Hadzibeqiç daha 2 futbolçunu matçın iştirak ərizəsindən çıxarıb.
Bunu 63 yaşlı mütəxəssis bugünkü mətbuat konfransında deyib.
O, müdafiəçi Vladan Adziç və Vasko Kaleziçin klublarına qayıtdığını bildirib. Hadzibeqiç bu addımı atmağına səbəb kimi, onların mövqeyində hazırda başqa futbolçuların üstün olmalarını göstərib”.
Sabah Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

